Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 22:24
ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns koronavirusa yoluxub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə MKİ-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Börns ötən gün prezident Co Baydenlə görüşdə maska taxıb, sosial məsafəyə riayət edib. Görüş zamanı yoluxmaya şərait yaranmayıb. 65 yaşlı MKİ rəhbəti tam kurs peyvənd olunub. Onda xəstəliyin yüngül simptomları müşahidə olunur.
MKİ rəhbəri 5 gün özünütəcrid rejimində məsafədən işləyəcək.