Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinlə Ərdoğanın telefon danışığı bitdi - YENİLƏNİB

Putinlə Ərdoğanın telefon danışığı bitdi - YENİLƏNİB

Tarix: 1 Aprel 2022 18:40

18:37

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Sonxeber.net xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü müzakirə olunub.

Ərdoğan Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyini bildirib. Putin buna görə Ərdoğana təşəkkür edib.

-------
17:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vldimir Putin arasında telefon danışığı başlayıb. 

Sonxeber.net xəbər verir ki, məlumatı "Ahaber" yayıb.

------
14:06

Putin Ərdoğanla telefon danışığı aparacaq.

Sonxeber.net TASS-a istinadən bildirir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskovun jurnalistlərə dediyinə görə, Rusiya prezidenti Vladimir Putin cümə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra beynəlxalq telefon danışıqları aparacaq.

"Gündəlikdə Putinin bir neçə beynəlxalq telefon danışığı var. Onlardan biri artıq Ankaradakı həmkarlarımız tərəfindən açıqlanıb, bu, Ərdoğanla söhbət olacaq, biz bunu təsdiq edirik", - Peskov bildirib.

Aslan Məmmədov


Etiketlər:  Putinlə Ərdoğanın telefon danışığı bitdi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ