Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı müğənni ərini müharibəyə göndərib, özü tətilə getdi

Ukraynalı müğənni ərini müharibəyə göndərib, özü tətilə getdi

Tarix: 1 Aprel 2022 18:40

Ukraynalı tanınmış müğənni Olya Polyakova övladı ilə birlikdə Şri-Lankada istirahət edir.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, istirahət zamanı müğənninin kiçik qızı Alisa döş qəfəsində ağrılar olduğundan şikayətlənib.

Müğənni bu haqda deyib: "Bu simptom çox güman ki, narahatlıqla əlaqəli idi.Bu, fevralın 16-da baş verdi və fevralın 24-də Ukraynada müharibə başladı. Görünür, qız onu hiss edib. Biz Fevralın 16-da Şri-Lankaya gəldik. Ən kiçik uşağım Alisa isə biz gedəndə dedi ki, sinəm ağrıyır. Ana, mənim təxminim var. Gəlin buradan getməyək, Şri-Lankada qalaq", - deyə Polyakova "Ulduz yolu" verilişində deyib.

Polyakova hazırda xaricdə olduğunu, həyat yoldaşı Vadimin də ölkəni müdafiə etmək üçün müharibəyə getdiyini qeyd edib.


Etiketlər:  Ukraynalı müğənni ərini müharibəyə göndərib özü tətilə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ