Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 18:54
Rusiyanın "Qazprom" şirkəti 2022-ci ilin ilk üç ayında 135 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün səviyyəsinə uyğundur.
Sonxeber.net-ın "APA-Economcs"ə istinadən verdiyi məlumata görə, şirkətin qaz nəqli sistemindən daxili bazara tədarükü xüsusilə fevral ayında havaların isti keçməsi ilə əlaqədar olaraq 4,3% (4,2 mlrd. kubmetr) azalıb. Mart ayında isə daxili bazara tədarük keçən ilin müvafiq ayı səviyyəsində olub.
"Qazprom" yanvar-mart aylarında uzaq xaricə 38,5 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 27,1% (14,3 mlrd. kubmetr) azalma deməkdir.