Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 20:20
Aviasiya sənayesindəki vəziyyət fonunda 20 ədəd Boinq-737 təyyarəsinin "Pobeda" törəmə şirkətinə təhvil verilməsi dayandırılıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Aeroflot" məlumat yayıb.
"Pobeda" şirkətin bütün donanmasından 25 ədəd Boinq-737-ni istismarda saxlayacaq. Qalan 16 təyyarə "Vnukovo"da müvəqqəti anbarda yerləşdiriləcək, onların uçuşa yararlılığı operativ şəkildə yoxlanılacaq. Bundan əlavə, əvvəllər planlaşdırılan 20 ədəd Boinq-737 təyyarəsinin "Aeroflot" donanmasından "Pobeda"ya köçürülməsi dayandırılıb", - məlumatda qeyd olunub.