Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 07:27
Çinli hakerlər Rusiyaya dəstək məqsədilə Ukraynanın hərbi və nüvə obyektlərinə güclü kiberhücum təşkil ediblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "The Times" yazıb.
Bildirilib ki, jurnalistlər Çin hökumətinin fevralın 23-də Ukraynanın 600-dən çox internet resursuna bir sıra güclü kiberhücumları koordinasiya etdiyini göstərən sənədlər əldə ediblər. Onların hamısı Ukrayna Müdafiə Nazirliyi və digər hakimiyyət orqanları ilə bağlıdır.
Qeyd edilib ki, hücumun məqsədi məlumatları oğurlamaq və ya məhv etmək olub.
Eyni zamanda, nəşr vurğulayıb ki, ABŞ kəşfiyyat idarəsindəki jurnalistlərin mənbələri kiberhücumların arxasında çinli hakerlərin olduğunu təsdiqləyiblər.
Məqalə müəlliflərinin fikrincə, bu, Çinin Ukraynaya qarşı genişmiqyaslı müharibədə birbaşa iştirakına işarə ola bilər. Ekspertlər kiberhücumların heç birinin uğurlu olmadığını qeyd ediblər.