Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 20:45
Ağciyər kistalarına nadir hallarda rast gəlinir. Adətən çox zaman anadangəlmə olurlar. Kistanın irinləməsi yüksək olmayan bədən hərarəti və intoksikasiyasız keçir, ağ ciyərlərdə bəlğəm olur, lakin o, selikli-irinli xarakter daşıyır.
Diaqnozun qoyulmasında rentgenoqramma əsas rol oynayır. Rentgenoloji müayinədə irinləmiş kista mayenin horizontal səviyyəsi ilə ölçülür.
Müalicəsi:
Ağciyərin absesi olan xəstələr stasionar şəraitdə müalicə olunurlar. Xəstələr yüksək zülallı, karbohidratlı və mülayim yağlarla zəngin qida rasionuna malik pəhriz tərtib edilir. Xəstəyə A, C, B qrupu vitaminləri təyin edirir. Buğda kəpəyi və itburnu çayı dəmləməsi, qara ciyər, təzə meyvə-tərəvəz, şirələr yemək məsləhət görülür. Xəstələrə tərkibində kalsium, fosfor, mis, sink duzları ilə zəngin qidalar yemək tövsiyə edilir, xörək duzunun miqdarını azaltmaq tövsiyə olunur.