Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sədrin Bakıya səfəri məhsuldar oldu'' - ATƏT

''Sədrin Bakıya səfəri məhsuldar oldu'' - ATƏT

Tarix: 2 Aprel 2022 23:33

ATƏT fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun Gürcüstan, Azərbaycan və Ermənistana səfəri başa çatması ilə bağlı məlumat yayıb.

Səfərdə əsas diqqət mövcud təhlükəsizlik çağırışları və davamlı sülh istiqamətində səylər, o cümlədən ATƏT-lə Cənubi Qafqaz regionunda üç dövlət arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Rau səfəri zamanı Rusiyanın Ukraynaya hücumunun regiondakı təhlükəsizlik vəziyyətinə təsirini qeyd edib.

ATƏT sədri Gürcüstanda Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani, Gürcüstan parlamenti sədrinin birinci müavini Corc Volski, hakim partiya və müxalifətdən olan digər parlamentarilərlə görüşüb. Tbilisidə keçirilən danışıqlarda Rau ATƏT-in Gürcüstanın daxili və xarici problemlərinin həllində dəstəyini qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri, həmçinin Tbilisinin Cənubi Qafqazda sülh proseslərində iştirakına görə tərəfdaşlara təşəkkür edib.

Təşkilatın fəaliyyətdə olan sədri daha sonra Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair diplomatik təşəbbüsü alqışlayıb və bu prosesin regionda sabitliyin yaxşılaşdırılmasına kömək edə biləcəyini vurğulayıb.

ATƏT fəaliyyətdə olan sədrinin Azərbaycana səfərinin məhsuldar olduğunu qeyd edib.


Etiketlər:  Sədrin Bakıya səfəri məhsuldar oldu ATƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ