Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib

Tarix: 3 Aprel 2022 11:24

"Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm".

Milli.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az


Etiketlər:  Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib


RƏYLƏR