Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 11:42
Xəbər verdiyimiz kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.
Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Sonxeber.net bildirir ki, gecə klubunda "DJ"lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlama verib.
O iddia edib ki, hadisə qəsdən törədilib:
"Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb".