Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 22:02
Cümə axşamı Almaniya bundestaqında əhalinin COVID-19 əleyhinə məcburi ümumxalq peyvəndlənməsi barədə qanun layihəsinin bir neçə oxunuş üzrə səsverməsi gözlənilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qanun layihəsinin variantlarının birində 18 yaşdan və 50 yaşdan yuxarı şəxslərin məcburi peyvəndlənməsi barədə müddəa yer alır. Azad Demokratik Partiya fraksiyasının partiya sədrinin müavini Volfqanq Kubiki başda olmaqla məcburi peyvəndlənmədən imtina barədə müraciəti üzrə də səsvermə təşkil ediləcək.
Koronavirus əleyhinə məcburi peyvəndlənmə barədə qanunun qəbul edilməsi üzrə planların həqiqətən baş tutmayacağı istisna olunmur. Çünki xəstəxanalarda həddindən artıq yüklənmə yoxdur, AFR-də əhalinin COVID-19 əleyhinə peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir (76 faiz). Digər tərəfdən, Almaniyada hazırda geniş yayılan "omikron" ştamı ümumilikdə yalnız istisna hallarda ağırlaşma ilə nəticələnir.