Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen Inın bacısı Cənubi Koreyanı nüvə silahı ilə hədələdi

Kim Çen Inın bacısı Cənubi Koreyanı nüvə silahı ilə hədələdi

Tarix: 6 Aprel 2022 10:20

Cənubi Koreya hərbi qarşıdurmaya girərsə, Pxenyan nüvə silahından istifadə edəcək.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, bunu KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çjon deyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, həmçinin qeyd edib ki, birinci zərbəni KXDR vurmayacaq.

"Cənubi Koreya hərbi qarşıdurmaya girərsə, bizim nüvə döyüşçü qüvvələrimiz qaçılmaz olaraq öz vəzifələrini yerinə yetirməli olacaq", - deyə Kim Yo Çjon bildirib.

O, həmçinin qeyd edib ki, Cənubi Koreyanın müdafiə nazirinin KXDR-ə qarşı qabaqlayıcı zərbədən danışması çox böyük səhvdir.


Etiketlər:  Çen Inın bacısı Cənubi Koreyanı nüvə silahı ilə hədələdi


RƏYLƏR