Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 15:44
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski LDPR fraksiyasının rəhbəri vəzifəsini icra edəcək, Dövlət Dumasında LDPR fraksiyasının rəhbərinin müavini Yaroslav Nilov bildirib.
Sonxeber.net xəbər verir ki, bu barədə TASS-a partiyadakı mənbə bildirib.
"Leonid Eduardoviç Slutski fraksiyanın qərarı ilə [partiya lideri Vladimir Jirinovskinin vəfatı ilə bağlı matəm tədbirlərinin təşkili müddətinə LDPR fraksiyasının müvəqqəti rəhbəri təyin edilib", - mənbə bildirib.
O, aydınlaşdırıb ki, hazırda fraksiya bütün təşkilati və kadr qərarları üçün taym-aut alır.
Aslan Məmmədov