Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 11:12
Xaricdəki özlərini "siyasi mühacir", müxalifət adlandıran kodla növbəti marazma imza atıb. Azərbaycanı sevməyən qüvvələrin tapşırıqlarını yerinə yetirən şərəfsiz kəsim bu dəfə də rəzilliyə yol verib. Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyi ərazidə ağız-ağıza verib Azərbaycan hakimiyyətinin ünvanına hədyanlar səsləndirib. Azərbaycan üçün tarixi və taleyüklü məsələnin müzakirəsi zamanı bu cür hərəkət yalnız tərbiyəsizlik yox, həm də xəyanət deməkdir.
Bu iki individin, Ermənistanın və dünya erməniliyinin propaqandasının şüarlarını təkrarlayanların kim olduqlarını Azərbaycanda hər kəs çox gözəl bilir. Və sosial şəbəkələrdə paylaşdıqları videolara edilən şərhlər də bunu təsdiqləyib.
Brüsseldə otelin qarşısında duraraq səslərinin vokal imkanlarının bərbad səviyyəsini və arqumentsiz sərsəmliyini göstərərək bloqerliyi az qala imbesilliklə səhv salanların davranışını hətta onları indiyədək dəstəkləyən Kuraj ana övladları belə, pisləyib. Bu özüyeriyən karikaturaların əslində, Vətəni xaricdə "gözəl həyata" dəyişən adi xəyanətkərlardır. Bəli, satqın və xəyanətkar!
Əminliklə deyə bilərəm ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edən bu "maral"ar nəinki siyasi etikadan, elementar davranış qaydalarından və mədəniyyətdən kənar olduqlarını göstərdilər. "Siyasi mühacirlər" adı altında müəyyən antiazərbaycan dairələrdən maliyyə alan bu alçaqlardan başqa kimsə görünmür.
44 günlük Qarabağ müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən bu canlıların səsləndirdiyi fikirlərə nəzər salın - Azərbaycan prezidenti niyə onlarla yox, Paşinyanla görüşür?
Marazm olar, amma bu qədər yox: onların tələbi 6 saylı palatada Ruzvelti arayan sərsəm Napoleonun çığırtısıdır sanki.
Başqa bir maraqlı məqam - 44 günlük müharibədə məğlub duruma düşən Ermənistan liderinə etiraz edən bir nəfər də yoxdur. Sanki iki il əvvəl yalvararaq təslim olmaq istəyən Nikol Paşinyan deyil. Lakin bir nəfər erməni də görüşün keçirildiyi ərrziyə gəlib, etiraz etmir. Əvəzində bu iki təlxək qorxa-qorxa, gözüqırpıq formada hədyanlar səsləndirir. Əlbəttə, bunlara diqqət yetirməmək də olardı. Sadəcə, bloqerliyin astar üzü olanların mahiyyətinə səthi nəzər saldıq.
Ən maraqlı həm də odur ki, bu "virtual erkək qartal"ları cəmi bir neçə yüz nəfər izləyib və (hətta onların içərisində belə onların hərəkətini pisləyənlər olub) onlar da bu cür rəzilliyi qınayıb.
Sözsüz ki, bu iki canlının addımı taleyüklü səfəri gözdən salmaq, gündəmi dəyişməyə yönəlib. Lakin anlamarlar ki, yenə də heç nəyə nail olmadılar.
Hər zamankı kimi...
Kamran Seyidov