Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 00:39
Bu gün Ağdaban soyqırımının 30-cu ildönümüdür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonunun işğalı zamanı Ağdaban kəndində olan 130 evinin hamısını yandırıb. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verib, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.