Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 11:10
Rusiya Federasiyasının Kiyevdə genişmiqyaslı hücumu başlayandan indiyədək 208 yaşayış binasına ziyan dəyib.
Sonxeber.net bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Telegram kanalında məlumat verilib.
"Kiyevdə Rusiyanın tammiqyaslı hücumu başlayandan 208 yaşayış binası, 46 məktəb, 29 uşaq bağçası və 1 uşaq evi zədələnib. 13 inzibati bina, 2 idman obyekti, 5 sosial obyekt, 17 səhiyyə obyekti, 10 mədəniyyət obyekti, 48 nəqliyyat infrastrukturu obyekti də zədələnib", - məlumatda deyilir.
Kiyev Şəhər Dövlət Administrasiyası əlavə edib ki, bütün bu obyektlər nəzərə alınacaq, ekspertlər zərərin dərəcəsini müəyyənləşdirəcək, bundan sonra onların tədricən bərpasına başlanılacaq.
Aslan Məmmədov