Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə yaşı 80-dən yuxarı olanlara dördüncü doza peyvənd vurulacaq

Bu ölkədə yaşı 80-dən yuxarı olanlara dördüncü doza peyvənd vurulacaq

Tarix: 8 Aprel 2022 21:22

Aprelin 12-dən etibarən İtaliyada 80 yaşdan yuxarı insanlar üçün dördüncü doza peyvəndin tətbiqinə başlanılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu qərar İtaliya Dərman Agentliyinin (AIFA) tövsiyəsi əsasında qəbul edilib.

Yaşı 50-dən çox olanlar üçün isə peyvənd öhdəliyi hələ də qüvvədir. Lakin bu insanların peyvənd olunma nisbəti lazımi səviyyədə deyil. Belə ki, hələ də ölkədə peyvənd qəbul etməyən 50 yaşdan yuxarı insanların sayı kifayət qədərdir.

Qeyd edək ki, 2020-ci il dekabrın 27-dən etibarən İtaliyada həyata keçirilən vaksinasiya kampaniyası çərçivəsində indiyədək 136 milyon 137 min doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 359 min 775 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,39 faizdir), peyvəndlərini tamamlayanların sayı 48 milyon 546 min 785 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 89,88 faizdir). Ötən il sentyabrın 20-dən indiyədək isə ümumilikdə 44 milyon 195 min 156 doza əlavə peyvənd tətbiq olunub.


Etiketlər:  ölkədə yaşı dən yuxarı olanlara dördüncü doza peyvənd vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ