Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 14:15
Müğənni Gülay Zeynallı qızı Sahilə ilə istirahətə yollanıb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi istirahət üçün Türkiyənin Kappadokiya şəhərini seçib. Gülay dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli məkanı qarış-qarış gəzib.
Zeynallı Kappadokiya ərazisində yerləşən "Asmalı Konak"da da olub. İfaçı bir zamanların reytinqli serialının ekranlaşdırıldığı malikanədə foto və videolar çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.
Gülayın istirahət görüntüləri instaqram izləyiciləri tərəfindən çox bəyənilib.