Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uill Smitin şilləsi ona baha başa gəldi: Tədbirlərə buraxılmayacaq

Uill Smitin şilləsi ona baha başa gəldi: Tədbirlərə buraxılmayacaq

Tarix: 9 Aprel 2022 14:30

Amerika Kino Sənəti və Elmləri Akademiyası aktyor Uill Smiti "Oskar" mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində özünün keçirdiyi heç bir tədbirdə iştirakına icazə verməyəcək.

Bu bəyanatla Amerika Kino Sənəti və Elmlər Akademiyasının prezidenti Devid Rubin və qurumun baş direktoru Don Huds çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hesabatda deyilir ki, 94-cü Akademiya Mükafatları mərasimi çoxsaylı insanların bayramı olmalı idi.

"Lakin bu anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla pozuldu", - bəyanatın mətnində qeyd olunur.

Xatırladaq ki, sonuncu "Oskar" mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb.

Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə şillə vurub.

Milli.Az


Etiketlər:  Uill Smitin şilləsi baha başa gəldi Tədbirlərə buraxılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ