Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sümüklər üçün faydalı pəhriz müəyyən olunub

Sümüklər üçün faydalı pəhriz müəyyən olunub

Tarix: 10 Aprel 2022 13:30

Alimlərin yeni araşdırması Aralıq dənizi pəhrizinə riayət etməyin sümük sıxlığına müsbət təsir göstərə biləcəyini göstərir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tədqiqatçılar 13 mindən çox insan haqqında məlumatları araşdırıblar. Onlar Aralıq dənizi pəhrizi ilə onurğa, boyun, omba və ümumiyyətlə bədəndə daha yüksək sümük sıxlığı arasında kiçik, lakin əhəmiyyətli bir əlaqə tapıblar.

Alimlər qeyd edirlər ki, pəhriz genetik olaraq xəstəliyə meylli olanlarda osteoporozun qarşısını almaq və ya onu müalicə etmək üçün kifayət deyil. Bununla belə, sağlam pəhriz iltihabın azaldılması kimi müsbət effekti təmin edir və bu, sümük mexanizmlərinin daha sağlam işləməsinə kömək edir.

Qeyd edək ki, Aralıq dənizi pəhrizinə zeytun və zeytun yağı, bütün dənli bitkilər, balıq və digər dəniz məhsulları, bol tərəvəz, lobya və qoz-fındıq daxildir.


Etiketlər:  Sümüklər üçün faydalı pəhriz müəyyən olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ