Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sumqayıt” darmadağın oldu, “Qəbələ” “Səbail”ə qarşı

“Sumqayıt” darmadağın oldu, “Qəbələ” “Səbail”ə qarşı

Tarix: 10 Aprel 2022 21:14

Bu gün Premyer Liqada XXII tura yekun vurulacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, turun ikinci günündə 2 matç baş tutacaq.

Hər iki qarşılaşmada autsayderlər iddialı rəqibini qəbul edib. Qələbə həsrətində olan "Sumqayıt" çempionatın lideri "Qarabağ"la görüşüb. Ağdam təmsilçisi favoriti olduğu matçda sürprizə imkan verməyib. Rəqibin qapısından 3 cavabsız top keçirən Qurban Qurbanovun yetirmələri çempionluğa bir addım da yaxınlaşıb. Bu qalibiyyətlə həm də "Qarabağ" avrokuboklara vəsiqəni təmin edib. Çünki komandanın mövsümü ilk "dördlük"də tamamlayacağı dəqiqləşib.

Sonuncu pillədəki "Səbail" "Qəbələ"ni qəbul edəcək. Cari mövsüm rəqibini üç dəfə quru hesabla məğlub edən qonaqlar liderlərdən uzaq düşməmək üçün qalib gəlməlidir.

Qeyd edək ki, növbəti turun görüşləri aprelin 15-16-da keçiriləcək.

Premyer Liqa
XXII tur
10 aprel (bazar)
18:30. "Sumqayıt" - "Qarabağ" - 0:3
Qollar:
Kadi Borqes, 16, Marko Veşoviç, 67, Leandro Andrade, 69
Baş hakim: Əliyar Ağayev
"Sumqayıt": 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Kapital Bank Arena"

20:30. "Səbail" - "Qəbələ" - 0:0
Baş hakim:
Vüqar Həsənli
"Səbail": 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə
Baş məşqçi: Aftandil Hacıyev
"Qəbələ": 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 24. Patrik Robson, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
"ASCO Arena"

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Coy-Lens Mikels ("Sabah") - 9 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ") - 8 qol

1

Qarabağ

21

16

4

1

49-11

52

2

Neftçi

22

12

5

5

37-25

41

3

Zirə

22

10

6

6

29-23

36

4

Qəbələ

21

9

7

5

31-27

34

5

Sabah

22

10

2

10

31-28

32

6

Şamaxı

22

5

5

12

24-33

20

7

Sumqayıt

21

3

5

13

12-35

14

8

Səbail

21

3

2

16

13-44

11


Etiketlər:  Sumqayıt darmadağın oldu Qəbələ Səbailə qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ