Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 08:00
Rusiya hərbçilərinin Ukraynanın şimal vilayətlərini tərk etməsindən sonra onların hərbi cinayətlərinə dair yeni sübutlar üzə çıxıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının aprelin 10-u üçün Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində dərc etdiyi hesabatda deyilir.
Qeyd olunub ki, Buzova (Kiyev vilayətinin Buçanski rayonundakı kənd, - Red) yaxınlığında ölmüş ukraynalı mülki şəxslərin basdırıldığı hazır məzarlar tapılıb.
Britaniya kəşfiyyatı Rusiya ordusunun əsgərləri tərəfindən törədilən zorlamalarla bağlı yeni məlumatlar da qeydə alıb.
"Rusiya hərbçiləri tərəfindən cinsi təcavüz iddiaları hələ də qalmaqdadır", - məlumatda deyilir.