Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı - SƏBƏB

Bu ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı - SƏBƏB

Tarix: 11 Aprel 2022 15:36

Şri-Lankada xəstəxanalar dərman çatışmazlığına görə cərrahiyyə əməliyyatlarını dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şri-Lanka Tibb Assosiasiyası hökumətə müraciət ünvanlayıb.

Müraciətdə göstərilir ki, artıq bir həftədir tibb müəssisələri idxal dərman vasitələrini əldə edə bilmir. Xəstəxanalar narkoz çatışmzlığına görə əməliyyatları dayandırıb. Bir çox tibb müəssisəsində yüngül xəstələrə belə keyfiyyətli tibbi yardım göstərmək mümkün olmur. 
Müraciətin müəllifləri iddia edirlər ki, böhranın qarşısı alınmasa səfalət və xəstəlikdən ölənlərin sayı koronavirusdan ölənlərdən çox olacaq. 

Qeyd edək ki, Şri-Lanka müstəqillik dövrünün (1948) ən ağır böhranını yaşayır. Ölkənin sərhədləri bağlı olduğu üçün əsas valyuta mənbəyi olsn turizmdən məhrum olub.  

Milli.Az


Etiketlər:  ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı SƏBƏB


RƏYLƏR