Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 12:55
Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən pisləşib.
Sonxeber.net xəbər verir ki, bu barədə lent.az-a "Toppuş bacı"nın özü açıqlamayıb. Aktrisa bildirib ki, vəziyyəti yaxşı deyil:
"Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər. Buna görə də başda Milli Onkologiya Mərkəzində Əliyev Cəmil cənablarına və bütün heyətinə təşəkkür edirəm. Bütün müalicələrimi pulsuz həyata keçirirlər".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.