Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamran Ağayev “Xəzər-Lənkaran” klubu haqqında danışdı - “Anam xəstə idi, pulumu vermirdilər” - VİDEO

Kamran Ağayev “Xəzər-Lənkaran” klubu haqqında danışdı - “Anam xəstə idi, pulumu vermirdilər” - VİDEO

Tarix: 12 Aprel 2022 13:20

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı futbolçu Kamran Ağayev olub.

Milli.Az xəbər verir ki, futbolçu keçmişdə oynadığı klubdan danışıb:

"7-8 il "Xəzər-Lənkəran"-ın şərəfini qorumuşam. Anam xəstə olanda zədə aldım, onurğa sütunum qırıldı. İdmana qayıtmağım sual altında idi. Nə məni əməliyyat etdirirdilər, nə də pulumu verirdilər. Və razılaşdım ki, 1 il yarım  əlavə müqavilə bağlayaram, nə versəniz oynayaram. Əsas  zədəli, oynamadığım vaxtların pulunu almaq istəyirdim ki, evdə xəstəm var. Belimdən əməliyyat olundum, anam isə dünyasını dəyişdi. Yenidən yaşıl meydanlara qayıtdım. Çox aşağı bir məbləğ alırdım. Portuqaliyada uğurlu çıxış etdim, amma aldığım qonarar o deyildi. İlin sonunda bilirdilər ki, "Top-5" klublara gedəcəyəm, sıxışdırırdılar. Məni transferə çıxardılar. Ancaq məbləğin nə qədər olduğunu demədilər. Nə mənim maaşımı verdilər, nə də transfer məbləğini açıqladılar. Kluba məşq etməyə belə buraxmadılar. O dönəmdə milli komandada İsraillə oyuna çıxdım, çox kobud səhv buraxdım. Düşünürdüm ki, bəlkə mən futbolu buraxım, daha oynamayım. 7 il ərzində "Xəzər-Lənkəran"-da nə qazanmışdımsa onu aparıb elə klubun özünə verdim. "Bakı Futbol Klubu"nda aşağı məbləğ ilə oynamağa başladım.  Xəzər- Lənkərana düşmən deyiləm, amma nə vaxtsa həmin adama mütləq qarşılıq verəcəyəm".

Milli.Az


Etiketlər:  Kamran Ağayev Xəzər Lənkaran klubu haqqında danışdı Anam xəstə idi pulumu vermirdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ