Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb

Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb

Tarix: 13 Aprel 2022 07:58

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.

Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə CNN xəbər verib.

O, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.

"Sizin ailə büdcəniz, çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır", - Prezident bildirib.

Bayden həmçinin deyib ki, o, "Putinin qiymət artımları" ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatından gündə bir milyon barel neftin buraxılmasına icazə verib.


Etiketlər:  Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini dəfə olaraq soyqırım adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ