Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 12:32
Prodüser Mədinə Məliklə aparıcı Vüsalə Əlizadə arasındakı qalmaqal yenidən alovlanıb.
Sonxeber.net xəbər verir ki, bu dəfə də Mədinə instaqram hesabında canlı yayım açaraq Vüsaləyə cavab verib.
O, Əlizadənin "Deməli, səviyyəniz kartof satan qədər deyil ki, efirlərə dəvət etmirik" sözlərinə "Ad çəkmirsənsə onda mumla..." sözləri ilə qarşılıq verib.
Qeyd edək ki, bir müddət əvvəl Mədinə Məlik "Tarixin bir günü" verilişində məşhur aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlovadan gileylənib. Prodüser aparıcıların yekəxanalıq etdiyini bildirib.