Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmağı qərara aldı

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmağı qərara aldı

Tarix: 12 Sentyabr 2019 17:00

Bakı. Rufiz Hafizoğlu - Trend:

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu bildirib.

XİN başçısının sözlərinə görə, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması çox müsbət haldır.

M.Çavuşoğlu əlavə edib ki, yaxın vaxtlarda Türkmənistanın da bu quruma üzv olması gözlənilir.

Qedy edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxstan, Türkiyə və Qırğızıstan daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmağı qərara aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ