Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 13:42
Son dövrlər bəzi paytaxt qəbiristanlıqlarında torpaq çatışmazlığı yaranıb. Vətəndaşların sözlərinə görə, şəhərin mərkəzinə yaxın məzarlıqlarda qiymətlər olduqca bahadır. Nisbətən ucuz ərazilər şəhər ətrafı kənd və qəsəbələrdədir. Pulsuz qəbir yeri götürmək isə ümumiyyətlə mümkün deyil.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, apardığımız araşdırmalardan məlum oldu ki, paytaxt qəbristanlıqlarında kvadratı min manatdan başlayan qəbir yerləri satılır ki, bu da hətta bəzi ərazilərdəki mənzil qiymətlərindən də bahadır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindənbildirildi ki, paytaxt ərazsində olan qəbiristanlıqlar yerli bələdiyyələrin balansına verilib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən isə suallarımıza cavab verən olmadı.
Millət Vəkili Fazil Mustafa deyir ki, qəbir yerlərinin hazırki qiymətləri narahatlıq doğurur və bu məsələ müvafiq qurumlar tərəfindən tənzimlənməlidir.
Millət Vəkilinin fikrincə, qəbir yerləri üçün yalnız az məbləğdə xidmət haqqı tələb edilə bilər. Bu zaman vəfat edən şəxsin ailəsinin, yaxınlarının maddi durumu, sosial vəziyyəti nəzərə alınmalıdır.