Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 20:25
Məşhur müğənni Merve Özbey Armağan Çağlayanın "YouTube"da yayımlanan "Dur bi Dinle" proqramının qonağı olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, təxminən bir il yarım əvvəl itirdiyi atasından danışan Özbey dedikləri ilə hər kəsi kövrəldib.
O, uşaq ikən atasının onunla görüşmədiyini açıqlayıb. İfaçı atasının yaxşı insan, amma pis ər olduğunu söyləyib.
"Yaşadıqlarımız asan deyildi. Atama zəng edirdim, cavab vermirdi. Gəlmək istədiyimi deyəndə bəhanə tapdı. Amma ona hörmətsizlik etmədim. Deyəsən, məsuliyyətdə qaçırdı",- deyə Merve vurğulayıb.