Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

90 günə 83 piyada, 46 sürücü ölüb - Azərbaycanda dəhşətli statistika

90 günə 83 piyada, 46 sürücü ölüb - Azərbaycanda dəhşətli statistika

Tarix: 16 Aprel 2022 08:26

2022-ci ilin ötən 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu hadisələr zamanı 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27, ölənlərin sayı 58, yaralananların sayı isə 3 nəfər artıb.

Aparılan təhlillər zamanı 392 qəzanın məhz sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi müəyyənləşib. 9 halda piyadalar buna səbəb olub.

Bu qayda pozuntularının 158-i sürücülər tərəfindən avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib. 131 sürücü isə qarşıdan gələn maşının hərəkət zolağına çıxıb və ötmə qaydalarını pozub.

Yol qəzalarında həlak olan 183 nəfərdən 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişib, 1-i isə digər hərəkət iştirakçısı olub.


Etiketlər:  günə piyada sürücü ölüb Azərbaycanda dəhşətli statistika


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ