Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 01:48
Bakı. Trend:
Seul, Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edəcəyinə ümid edir, ölkənin Rusiyadakı səfiri Lee Sok Pae bunu bildirib.
Trend-in məlumatına görə, Cənubi Koreyanın Rusiyadaki səfiri bunları söyləyib: "Prezident Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edə biləcəyini gözləyirik. Tamamilə əminəm ki, onun Cənubi Koreyaya səfəri Cənubi Koreya ilə Rusiya arasında real əməkdaşlığı gücləndirməyə və genişləndirməyə böyük təkan verəcək".
Səfir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2020-ci ildə Rusiya və Cənubi Koreya arasında mədəni və iqtisadi tədbirlər təşkil edəcəyini qeyd etdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin