Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibillikdə 100 min avroluq skripka tapıldı

Zibillikdə 100 min avroluq skripka tapıldı

Tarix: 16 Aprel 2022 13:46

Parisdə yoldan keçən bir qadın zibil qutusunun yanında skripka tapıb.

Musiqi alətinin 2021-ci ilin payızında oğurlandığı və 100 min avro dəyərə malik olduğu üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alət Yelisey Orkestrinin musiqiçisi Enriko Teddə məxsusdur. O, qatarda səfər edərkən skripkasının oğurlandığını bildirib.

Musiqi alətini məşhur Venesiya ustası Culio Deqani hazırlayıb.

Tapılan alət sahibinə qaytarılıb. Skripkanı tapan qadın isə mükafatdan imtina edib. O, yalnız Fransa paytaxtında Orkestrin növbəti konsertinə dəvət alıb.

Milli.Az


Etiketlər:  Zibillikdə avroluq skripka tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ