Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 22:44
ABŞ-ın Nyu Cersi ştatında qəribə hadisə baş verib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, 800 qadının həbsdə olduğu həbsxanada 2 qadın hamilə qalıb. Kişi olmayan həbsxanada qadınların necə hamilə qalması isə maraq doğrub.
Araşdırmalar nəticəsində uşaqlarının atalarının eyni həbsxanada transseksual olduğu üzə çıxıb.
Penitensiar Müəssisə NJ.com-a bildirib ki, naməlum məhbuslar Edna Mahan İstintaq Təcridxanasında "başqa məhbusla razılaşdırılmış cinsi əlaqədə olduqdan sonra" hamilə qalıblar.
Qeyd edək ki, Nyu Cersidə trans qadınların Cersi İslah Müəssisəsində yerləşdirilməsi üçün cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirmələrinə ehtiyac yoxdur və sözügedən həbsxanada 27-si trans qadın olmaqla 800-dən çox məhbus var./Ölkə.az/