Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda faşizm üzərində Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olunur

Gürcüstanda faşizm üzərində Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olunur

Tarix: 17 Aprel 2022 13:46

Gürcüstan parlamentində müxalifəti təmsil edən bir neçə deputat faşizm üzərində Qələbə Gününün mayın 9-u əvəzinə mayın 8-də qeyd olunmasını təklif edir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, parlament üzvləri bununla bağlı ölkənin Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.

Layihədə qeyd olunub ki, SSRİ dönəmində yaranmış ənənəyə görə, sovetlər birliyinin süqutundan sonra da Rusiya və postsovet ölkələrində, o cümlədən Gürcüstanda Qələbə Günü mayın 9-da qeyd olunur: "Bu məsələdə Baltikyanı ölkələr və Ukrayna istisna təşkil edir. Bu ölkələrdə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Çexiya və digər dövlətlərdəki kimi Qələbə Günü mayın 8-də qeyd edilir".

Layihə müəllifləri mayın 8-nin qeyri-iş günü elan olunmasını təklif edirlər.

Dəyişiklikır layihəsi qanunverici orqanın aprelin 18-də büro iclasında təqdim ediləcək.


Etiketlər:  Gürcüstanda faşizm üzərində Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ