Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə 200 min insan işsiz qala bilər

Ölkədə 200 min insan işsiz qala bilər

Tarix: 18 Aprel 2022 19:02

Moskvada xarici şirkətlərin 200 minə yaxın əməkdaşı sanksiyalara görə işini itirmək riski ilə üzləşib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Sergey Sobyanin bildirib.

"Bizim hesablamalarımıza görə, təxminən 200 min insan işini itirmək riski altındadır", - Sobyanin bloqunda yazıb.

Onun sözlərinə görə, hakimiyyət keçən həftə Rusiya paytaxtında məşğulluğun dəstəklənməsi üçün 41 milyon dollarlıq proqramı təsdiqləyib: "İlk növbədə, proqram fəaliyyətini müvəqqəti dayandırmış və ya Rusiyanı tərk etmək qərarına gələn xarici şirkətlərin əməkdaşlarına yönəlib".

Sobyanin qeyd edib ki, yeni təsdiqlənmiş proqram çərçivəsində işini itirmiş 58 mindən çox şəxsə dəstək veriləcək.

"Onlardan 12 500-ə yaxını yenidən hazırlıq keçəcək", - Sobyanin əlavə edib.

Moskva meri vurğulayıb ki, işini itirmiş şəxslərə bir sıra şəhər təşkilatlarında, parklarda və başqa yerlərdə ictimai işlərdə işləmək də təklif olunacaq.

Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya qoşun yeritməsindən sonra əsasən Qərb şirkətləri Rusiyada öz fəaliyyətlərini dayandırdıqlarını və ya ölkəni tərk etdiklərini bəyan ediblər.


Etiketlər:  Ölkədə insan işsiz qala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ