Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamı bildi ki, ailəm, övladım var və bitdi''

''Hamı bildi ki, ailəm, övladım var və bitdi''

Tarix: 18 Aprel 2022 20:10

"Şəxsi həyatımdan sual verəndə bunu təhqir kimi qəbul edirəm. Hamı bildi ki, ailəm və övladım var. Bitdi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nurlan Növrəsli "Şourum" proqramına açıqlamasında deyib. Bir müddət əvvəl boşandığını açıqlayan müğənni şəxsi həyatı ilə bağlı suallara əsəbiləşib:

"Burada qəbahət yoxdur, onu şişirtmək lazım deyil. İkinci dəfə ailə qurulmamalıdır? Gündəmə düşmək mənim üçün asandır. Çox şey deyə bilərəm. Amma çalışmamışam qeyri-peşəkar yanaşmamla gündəmə düşüm.

İndi instaqramda rəqəmlər müəyyən vəsait hesabına artır. Bu rəqəmlərə baxıb, göstərici bilməməliyik".

Qeyd edək ki, Nurlan Növrəsli bir müddət əvvəl ilk həyat yoldaşından ayrıldığını və ikinci dəfə evlənməyə hazırlaşdığını açıqlayıb.


Etiketlər:  Hamı bildi ailəm övladım bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ