Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 09:02
Mart ayının statistik göstəricilərinə əsasən Çində pərakəndə satışlar son 2 ilin ən aşağı səviyyəyə enib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.
Rəsmi məlumata görə, pərakəndə satışlar ötən ay 3.5% azalıb. Asiyanın iqtisadi nəhənginin üzləşdiyi azalmanın səbəbi bir neçə əyalətdə yenidən sərt kartantin tətbiq edilməsidir. Belə hal pandemiyanın ilk dalğasının başladığı dövrdə qeydə alınmışdı.