Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərə pensiya yox, müavinət veriləcək

Bu şəxslərə pensiya yox, müavinət veriləcək

Tarix: 19 Aprel 2022 22:18

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə "Sosial müavinətlər haqqında" Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sözügedən layihənin müzakirəsində deyib.

Bildirilib ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin olunması imkanı yaradılır.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı şöbə müdiri bildirib ki, məcəllənin 49-cu maddəsinin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.


Etiketlər:  şəxslərə pensiya müavinət veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ