Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada Ukraynaya ağır artilleriya göndərəcək

Kanada Ukraynaya ağır artilleriya göndərəcək

Tarix: 19 Aprel 2022 23:44

Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.

Milli.Az


Etiketlər:  Kanada Ukraynaya ağır artilleriya göndərəcək


RƏYLƏR