Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 15:08
Ukrayna müdafiəçiləri ilə rus əsgərləri arasında Donbass uğrunda döyüş bir neçə gündür ki, davam edir. Ruslar Luqansk və Donetsk vilayətlərində hücum əməliyyatlarını gücləndiriblər.
Sonxeber.net bildirir ki, bunu RBC-Ukrayna-ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik deyib.
Son bir neçə gün ərzində düşmən Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə sürətləndirib, faktiki olaraq bütün təmas xətti boyunca raket və artilleriya hücumlarının sayını artırıb.
"İndi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb", - Motuzyanik izah edib.
Onun fikrincə, rus əsgərlərin ölkənin şərqinə geniş hücumu gec-tez baş verməli idi.
Eyni zamanda, polkovnik qeyd edib ki, bu ərazidəki Ukrayna şəhər və kəndləri irili-xırdalı qalalardır. Müdafiəni cəsarətlə tutub düşmənin qarşısını alırlar.
"Onlar onun bütün ərazilərimizi ələ keçirmək planlarının gerçəkləşməsinə imkan vermirlər. Ona görə də Donbassdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür", - Müdafiə Nazirliyinin spikeri vurğulayıb.
Aslan Məmmədov