Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 19:12
Azərbaycan Dövlət Reklam Agentliyinin adından internet resurslarında və sosial mediada iş elanları verilir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qeyd olunub ki, bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib.
Agentlik barədə həqiqətə uyğun olmayan informasiyalar vətəndaşların aldanmalarına səbəb olub: "Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib".
Qeyd edək ki, Dövlət Reklam Agentliyinin adından istifadə edən şəxsin səsli vatsap ismarışından da hiss olunur ki, vaxt azlığı adı altında vətəndaşa psixoloji təsir göstərərək ödəməni tələb edirlər. Saxta iş elanında adətən ali təhsil və iş təcrübəsi tələb olunmur. İş saatları az göstərilir və nisbətən yüksək maaş vəd edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: