Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir

BMT: Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir

Tarix: 13 Sentyabr 2019 13:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb.

Trend-in məlumatına görə, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri vəzifəsini icra edən Can Ünver deyib.

Onun sözlərinə görə, Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir.

C.Ünver əlavə edib ki, bu gün miqrasiya qlobal problemlərdən biridir: "Bu, bütün dünya dövlətlərinə təsirsiz ötüşmür. Daha yaxşı həyat yaşamaq üçün milyonlarla insan bir ölkədən digərinə köç etməkdədir. Amma onlar təyinat ölkəsinə getdikdən sonra da orada çoxsaylı problemlərlə üzləşirlər. Bu situasiya onları daha da həssas qruplara daxil edir. Əfsuslar olsun ki, onlar belə bir arzuounmaz stuasiyada müdafiə olunmaq gücündə olmurlar. BMT də bu problemlərin həlli üçün ciddi cəhdlər göstərir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ