Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

Tarix: 13 Sentyabr 2019 13:42

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 12 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, artım qeyri-neft sektorunun hesabına qeydə alınıb:

“Eyni zamanda bu göstərici Azərbaycanda biznesin leqallaşmasına yönəlmiş islahatların nəticəsi olub”.

O qeyd edib ki, kölgə iqtisadiyyatı təkcə vergidən yayınmağa deyil, həm də ədalətsiz rəqabət və leqal biznesin sıxışdırılmasına gətirib çıxarır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət büdcəsinə vergi daxilolmaları milyon manat təşkil edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ