Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 15:32
Almaniya Bundesverin ehtiyatlarından Ukraynanı ağır silahlarla təmin edə bilməz.
Sonxeber.net bildirir ki, "Der Spiegel" yazır ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.
Onun sözlərinə görə, buna görə Berlin Ukraynanı Sovet istehsalı olan ağır silahlarla təmin edə biləcək Aİ və NATO ölkələri ilə danışıqlar aparır.
"Söhbət tanklardan, zirehli transportyorlardan, ayrı-ayrı ölkələrin təmin edə biləcəyi müxtəlif variantlardan gedir. İndi biz danışıqlar aparırıq və indi bu, çox sürətlə baş verir", - Lambrext bildirib.
Ukraynanın bu ağır silahı dəqiq nə vaxt alacağı ilə bağlı suala müdafiə naziri cavab verdi ki, bu, yaxın günlərdə ola bilər.
Aslan Məmmədov