Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 23:08
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişşuk bildirib ki, Moskva Belarusun Ukrayna ilə müqavilələr prosesinə qoşulmasında "birbaşa israr edir".
Onun sözlərinə görə, Rusiya Belarusun RF ilə Ukrayna arasında bağlanan müqavilədə qarant dövlətlərdən biri olmasını istəyir. Rusiya tərəfi artıq belaruslu həmkarları ilə bunu müzakirə edib.
"Bu, belə ölkələrin "klubunda" balansın təmin edilməsinə imkan verəcək", - deyə Polişşuk qeyd edib.
Martın 29-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar olub. Bu görüşdə Ukrayna tərəfi sülh müqaviləsi üzrə öz şərtlər variantını təklif edib.
Ukrayna nümayəndə heyəti bildirib ki, Kiyev sülh müqaviləsinin təhlükəsizliyinin təminatçıları arasında BMT Təhlükəsizlik Şurası ölkələrini, həmçinin Türkiyə, Almaniya, Kanada, İtaliya, İsrail və Polşanı görür. Qarant ölkələr, lazım gələrsə, Ukraynaya hərbi yardım göstərməyə borclu olacaqlar.