Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdən oğurluq etmək istəyən şəxs baltalanıb - VİDEO

Evdən oğurluq etmək istəyən şəxs baltalanıb - VİDEO

Tarix: 22 Aprel 2022 20:32

Ağstafa rayonu, Köçəsgər kəndində oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini 1973-cü il təvəllüdlü Habil Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü Kənan Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. 

Hadisə şahidlərinin iddialarına görə, Kənan Əlləzov pul oğurlamaq üçün Habil Ələkbərovun evinə daxil olub. Səs-küyə ayılan ev sahibi qonuşları köməyə çağırıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Daha sonra Kənan Əlləzov polis əməkdaşları tərəfindən  saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Evdən oğurluq etmək istəyən şəxs baltalanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ