Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 08:04
"ARB" telekalanalında yayımlanan "Səni axtarıram" verilişinə gələn leykozdan əziyyət çəkən Əmirli Nuray Zəka qızının əməliyyatı üçün 70 min dollar pul lazımdır.
Yardım toplamaq üçün Xoşqədəm Hidayətqızının verilişinə çıxan Nurayın rəqsi hər kəsi duyğulandırıb.
Onun yaxınları xalqdan Nurayın müalicəsinə dəstək olmağı xahiş ediblər.
"Mən ölməkdən qorxmuram, valideynlərim üçün yaşamaq istəyirəm, çünki mən onların tək övladıyam", - Nuray duyğularını dilə gətirib.
Qeyd edək ki, Nurayın əməliyyatına 12 gün qalıb. Onun sağalması üçün ilik nəqlinə ehtiyacı var və bunun üçün 70 min dollar pul tələb olunur.