Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avropa rus qazı olmadan 1 həftə belə davam gətirə bilməz”

“Avropa rus qazı olmadan 1 həftə belə davam gətirə bilməz”

Tarix: 23 Aprel 2022 08:12

Avropa rus qazı olmadan heç 1 həftə davam gətirə bilməz.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

Medvedyev bildirib ki, Avrokomissiya Avropa ölkələrinə Rusiya qazına görə ödəniş mexanizmi barədə sənəd göndərib.

"Məqsəd Rusiyaya qarşı sanksiyaların pozulmaması idi. Sənəddə göstərilir ki, Rusiya prezidentinin 31 mart tarixli fərmanında göstərilən ödəniş qaydası işə Rusiya Mərkəzi Bankının cəlb edilməsini nəzərdə tutur ki, bu da sanksiyalara ziddir. Həm də Avrokomissiyanın sənədində deyilir ki, hələlik sanksiyaları pozamadan qaza görə ödəniş etmək mümkündür. Biz Avropalı tərəfdaşlarımızın prinsipallığını qiymətləndiririk. Ələxsus da, BVF bildirir ki, Avropa rus qazı olmasa ən çoxu 6 ay keçinə bilər. Ciddiliyə qalsa, heç bir həftə də davam gətirməz" - deyə Medvedyev Teleqram səhifəsində bildirib.


Etiketlər:  Avropa qazı olmadan həftə belə davam gətirə bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ