Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vasif Məhərrəmli: “Anam niyyət etdi ki, 7 qarış torpaq yalayacaq” - VİDEO

Vasif Məhərrəmli: “Anam niyyət etdi ki, 7 qarış torpaq yalayacaq” - VİDEO

Tarix: 23 Aprel 2022 15:35

"Balaca olarkən dəcəl uşaq olmuşam. Əsgərlikdə olduğum zaman cəzalarım çox oldu. Mən və çeçen dostum Ruslan Beşayev etdiklərimizə görə əsgərlik xidmətindən ən sonda buraxıldıq. Anam bu hadisədən çox narahat oldu. Əsgərlikdə Rusiyanın İjevsk şəhərində xidmət də olmuşam". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu "7 canlı" axşam şousunda deyib. Əsgərlik xidmətini gec başa vuran sənətçi anasının niyyətini açıqlayıb.

"Hələ mənim əsgərlikdən gec çıxmağım bir yana, 10 gün İjevsk şəhərində qaldım. Xidməti 2,5 ilə başa vurdum. Anam bu hadisələrdən çox qorxmuşdu. Anam niyyət edib ki, mən əsgərlikdən gələndə 7 qarış torpaq yalıyacaq. Ana çox böyük qüvvədir". 

Milli.Az


Etiketlər:  Vasif Məhərrəmli Anam niyyət etdi ki 7 qarış torpaq yalayacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ